← All projects E-commerce + Backoffice

Nakhishly

Satış tərəfi ilə sifariş, stok və daxili idarəetməni birləşdirən e-commerce sistemi.

Nakhishly

Nakhishly, online satış hissəsini daxili idarəetmə ilə birləşdirən bir sistemdir. Məqsəd sadəcə vitrin yaratmaq yox, sifarişin, stokun, ödənişin və gündəlik əməliyyatların daha rahat izlənməsini təmin etmək idi.

Problem

Satış və idarəetmə hissəsi bir-birindən ayrı olanda komanda sifarişləri, stok vəziyyətini və ödəniş statuslarını daha qarışıq izləyir. Məlumat bir neçə yerə dağılır, statuslar əl ilə yoxlanılır və iş yükü artır.

Solution

Online mağaza hissəsi ilə daxili backoffice paneli bir sistemdə toplandı. Beləliklə sifarişlər, məhsullar, stok, müştəri məlumatları, mesajlar və ödəniş prosesi daha aydın idarə olunan hala gəldi.

Outcome

- Sifariş və idarəetmə bir yerdə toplandı - Stok və satış əlaqəsi daha görünən oldu - Ödəniş statuslarını izləmək asanlaşdı - Komanda üçün daha aydın backoffice yarandı - Müştəri və əməliyyat məlumatları dağınıq qalmadı

Key features

Məhsul, kateqoriya və vitrin idarəetməsi

Sifarişlərin status əsaslı izlənməsi

Stok hərəkətlərinin və qalıqların görünməsi

Müştəri və kontakt mesajlarının izlənməsi

Ödəniş axını və transaction məntiqi

Backoffice üzərindən gündəlik idarəetmə

AI dəstəkli admin və köməkçi axınlar

Passkey / modern giriş imkanları

Technologies

Django PostgreSQL Tailwind ePoint payment integration WebAuthn / Passkeys AI integrations

Gallery