← Bütün layihələr ERP tipli daxili web alət

Zavod Əməliyyat Tətbiqi

Invoice, stok, sənəd və daxili əməliyyat axınlarını daha rahat izləmək üçün qurulmuş daxili sistem.

Zavod Əməliyyat Tətbiqi

Bu layihə sənəd, invoice və stok yönümlü daxili əməliyyatları sistemləşdirmək üçün hazırlanıb. Məqsəd komandaya sənədləri və gündəlik axını daha aydın idarə etmək imkanı vermək idi.

Problem

Sənəd yönümlü işlərdə məlumatlar tez dağılır, invoice-lar əl ilə izlənir, status qarışıqlığı yaranır və tarixçə izləmək çətinləşir. Bu da həm əməliyyat sürətini aşağı salır, həm də səhv riskini artırır.

Həll

Invoice axınları, məhsullar, müştərilər, ödənişlər, stok və sənəd emalı bir sistemdə toplandı. Üstəlik OCR əsaslı sənəd oxuma qatının əlavə olunması ilə manual daxil etmə yükü azaldıldı.

Nəticə

- Invoice və sənəd prosesi daha izlənilən oldu - Manual giriş yükü azaldı - Sənəd statusları daha aydın görünməyə başladı - Eyni iş üçün birdən çox alətə ehtiyac azaldı - Sənəd yönümlü əməliyyatlar daha rahat sistemləşdi

Əsas funksiyalar

Invoice yaratma və redaktə

Invoice detalı və tarixçə izləmə

Müştəri və məhsul idarəetməsi

Stok görünürlüğü

Müştəri ödəniş qeydləri

OCR ilə scan olunmuş invoice emalı

Review / correction / validation axını

Settings və permission yönümlü admin hissə

Texnologiyalar

Django PostgreSQL OCR services OpenCV Tesseract PDF processing Tailwind

Qalereya